İdman
“Qəbələ” 22, “Qarabağ” 6 pillə irəlilədi
Avrokubokların pley-off mərhələsinin cavab oyunlarından sonra UEFA klubların reytinq siyahısını açıqlayıb.
Publika.az xəbər verir ki, 456 komandanın yer aldığı cədvəldə Azərbaycanın 7 təmsilçisi var.
Klublarımız arasında ən yaxşı nəticə “Qarabağ”a məxsusdur. Hesabına 0,475 xal əlavə edən ağdamlılar aktivini 12,225-ə çatdırıb. Azərbaycan çempionu bu nəticə ilə 6 pillə irəliləyib - 127-ci yer.
“Neftçi” 9,475 xalla 1 addım geriləyərək, 160-cı pilləyə enib. 5,225 xalı olan “İnter” 3 addım irəliləyib və 249-cu yerə qalxıb.
“Qəbələ” əmsalını 4,975-ə çatdırıb. Bununla, “qırmızı-qaralar” 279-cu pillədən 257-ciyə sıçrayıb. “Qırmızı-qaralar” irəli 22 addım atıb.
Cari mövsümdə avrokuboklara qatılmayan təmsilçilərimizdən “Xəzər Lənkəran” (4,225) 288-ci, “Bakı” və AZAL (hər ikisi 2,975) 341-ci yerə şərikdir.
Qeyd edək ki, siyahıya 143,028 xalı olan İspaniya “Real”ı başçılıq edir.
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı