İdman
"Azərbaycanla oyuna köklənə bilmədik" – Pranyiç
"Azərbaycanla görüşdə əsas problemimiz qol vura bilməməyimiz oldu. Hərçənd, qol vurmaq üçün xeyli imkanlarımız var idi. Buna görə də 0:0 hesabı bizi qane etmədi".
Qol.Az-ın məlumatına görə, bu sözləri Xorvatiya millisinin futbolçusu Daniel Pranyiç ölkəsinin mətbuatına açıqlamasında deyib.
33 yaşlı futbolçu Azərbaycanla oyuna köklənə bilmədiklərini vurğulayıb: "Liderliyi əldən versək də, optimist olmalıyıq. Çünki hələ də qrupun ən yaxşı komandası olduğumuzu düşünürəm. Sadəcə bunu meydanda göstərməliyik. Azərbaycanla oyuna köklənə bilmədik. Ona görə də səfərdən 1 xalla ayrıldıq.
Ancaq indi bütün diqqətimizi Norveçlə oyuna yönəltməliyik. Bu matç
bizim üçün çox önəmlidir. Qələbədən başqa nəticə bizi qane
etməyəcək. Norveç də meydana 3 xal üçün çıxacaq. Onların da
qələbəyə ehtiyacı var. Bu mənada düşünürəm ki, bu matç
Azərbaycandakı görüşdən daha maraqlı olacaq. Meydana çıxacaq hər
bir futbolçu 90 dəqiqə ərzində qələbə üçün əlindən gələni
etməlidir".
Qeyd edək ki, Bakıda millimizlə 0:0 bərabərə qalan Xorvatiya yığması sabah səfərdə Norveçin qonağı olacaq.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu