İdman
Yuliya bürünc, Toğrul isə lisenziya qazandı
Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir.
Publika.az xəbər verir ki, bu günə qədər yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq), qadın güləşçilərdən Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq) Olimpiya Oyunlarına vəsiqə əldə edib. Yunan-Roma güləşçilərimizdən Rəsul Çunayev (71 kq) qızıl, Rövşən Bayramov (59 kq) gümüş, Saman Təhmasibi (85 kq) bürünc, qadın güləşçilərimizdən Mariya Stadnik (48 kq) gümüş medala yiyələnib.
Dördüncü yarış günündə 55, 58, 63 və 75 kq çəki dərəcəsində qadın,
65 kq çəkidə sərbəst güləşçilər yarışıb. Azərbaycan güləşçiləri 4
çəki dərəcəsində mübarizə aparıb. Qadın güləşçilərimizdən Yuliya
Ratkeviç (58 kq), sərbəst güləşçilərimizdən Toğrul Əsgərov (65 kq)
Olimpiya Oyunlarına vəsiqə əldə edib. Güləşçilərimiz günü 1bürünc
medalla başa vurub.
58 kq çəki dərəcəsində mübarizə aparan Yuliya
Ratkeviç Rusiya təmsilçisi Nataliya Golts, Ukrayna
güləşçisi Tetyna Lavrençuk üzərində qələbə qazanaraq 1/4 finala
yüksəlib. Burada Qazaxıstan güləşçisi Aiym Abdildinanı məğlub edən
Yuliya Ratkeviç 2016-cı il Rio Olimpiadasına vəsiqəni təmin edib.
Yarımfinalda Finlandiyadan Petra Maarit Olliyə uduzan Yuliya bürünc
medal uğrunda həlledici görüşə çıxıb. Son görüşdə İsveç idmançısı
Malin Yohanna Mattssonu da məğlub edən güləşçimiz Dünya
çempionatının bürünc medalına sahib olub.
Dünya çempionatında həm də sərbəst güləş üzrə kişilərin
mübarizəsinə start verilib. 65 kq çəkidə mübarizə
aparan Olimpiya çempionumuz Toğrul Əsgərov yarışa
uğurlu başlayıb. İlk olaraq Qazaxıstanlı Sayatbek Okassov, ardınca
Ermənistan təmsilçisi Devid Safaryan və Gürcüstan idmançısı
Avtandil Kençadzeni mübarizədən kənarlaşdıran güləşçimiz 1/4
finalda İtaliya idmançısı Frank Çamizo ilə qarşılaşıb. Bu güləşçi
ilə Toğrul ilk dəfə birinci Avropa Oyunlarının finalında
qarşılaşmışdı və güləşçimiz təmiz qələbə ilə qalib gəlmişdi. Bu
dəfə də görüşün 30-cu saniyəsində Toğrul rəqibinin kürəyini xalçaya
sıxa bildi. Ancaq hakimlərin qeyri-obyektiv qərarı ilə görüş davam
etdirildi, İtaliya idmançısının qələbəsinə və finala yüksəlməsinə
şərait yaradıldı. Toğrul Olimpiadaya vəsiqəni qazanmaq üçün
təsəlliverici görüşə qatıldı.
Polşa təmsilçisi Maqomedmurad Qadjiyevlə görüşdə əldə etdiyi üstünlük güləşçimizə Rio Olimpiadasının yolunu açdı. Toğrul Əsgərov Dünya çempionatının bürünc medalı uğrunda İran təmsilçisi Seyidahmed Mohammadi ilə qarşılaşıb, ancaq görüş rəqibin xeyrinə başa çatıb və güləşçimiz Dünya çempionatını 5-ci sırada tamamlayıb.
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO