Onilliyin ən pis “Milan”ını nə gözləyir?
Bizi izləyin

İdman

Onilliyin ən pis “Milan”ını nə gözləyir?

Onilliyin ən pis “Milan”ını nə gözləyir?

Tarixi ərzində 18 dəfə İtaliya çempionluğunu, 7 dəfə Çempionlar Liqasını, 5 dəfə UEFA Kubokunu, 3 dəfə Kuboklar Kubokunu və 1 dəfə klublararası dünya çempionluğunu qazanmış “Milan” qara zolaqdan çıxa bilmir.

Publika.az xəbər verir ki, İtaliyanın ən köklü klublarından olan “Milan” son 10 ilin ən pis nəticəsini göstərib.

“Qırmızı-qaralar” bu mövsüm heç bir turnirdə uğurlu çıxış etməməklə yanaşı, maliyyə sıxıntıları ilə də üzləşib.

Mövsümün ilk yarısında uğursuz nəticələrdən sonra Massimiliano Allegri ilə yollarını ayırıb, sabiq futbolçusu Klarense Zeedorfu baş məşçqi postuna gətirən klub rəhbərliyi uğursuz gedişə “dur” deyə bilmədi. “Milan” A Seriyasında son 10 ilin ən pis nəticəsinə imza atıb.

Belə ki, komanda 2003/04 mövsümündən bəri 27 turdan sonra ilk “beşlik”dən aşağı düşməmişdi. İndi isə komanda mövsümün geridə qalan hissəsində 35 xal toplayaraq turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb və avrokuboklara vəsiqə qazanmaq şansını da çətinə salıb.

Son iki mövsümün çempionu və hazırkı lider “Yuventus”dan 37 xal geridə qalan Milan təmsilçisi Çempionlar Liqasında da uğurlu nəticəyə imza ata bilməyib. Turnirn 1/8 final mərhələsinə çıxan komanda iki oyunun nəticəsinə görə 1:5 (0:1, 1:4) hesabı ilə yenilərək mübarizəni başa vurub.

“Milan” uğursuz nəticələrlə yanaşı, maliyyə böhranı ilə də üzləşib. Son günlər klubun məhz bu səbəbdən satılacağı barədə xəbərlər yayılır. Hələ ki, İtaliyanın sabiq baş naziri, klubun sahibi Silvio Berluskoni bu xəbərləri təkzib edir. Hələ ki…

Oxumağa davam et
Reklam
Reklam

Gündəm