İdman
Bu növdə ilk dəfə olimpiadaya lisenziya qazandıq
Böyük Britaniyanın paytaxtı Londonda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli kanoe-slalom üzrə dünya çempionatı keçirilib.
Publika.az xəbər verir ki, nüfuzlu reqatada Azərbaycanı Yure Meqliç təmsil edib. 31 yaşlı idmançı kişilər arasında 1 nəfərlik kayak qayığı ilə mübarizə aparıb. O, seçmə mərhələdə 83,73 xalla 11-ci yeri tutaraq, yarımfinala yüksəlib. Növbəti mərhələdə Meqliç 95,20 xalla 14-cü olub. Bu nəticə ilə Azərbaycan təmsilçisi final mərhələsindən kənarda qalıb. Lakin Meqliç 15 ən güclü kanoe-slalomçu sırasına düşdüyündən, reqlamentə əsasən, olimpiadaya lisenziya qazanıb.
Beləliklə, ölkəmiz 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında daha bir yeni növ üzrə iştirak hüququna yiyələnib. Azərbaycan Milli Avarçəkmə Federasiyası isə təmsil olunduğu 4 olimpiya növünün hamısında olimpiadaya vəsiqə əldə edib. Daha öncə akademik avarçəkənlər Aleksandr Aleksandrov və Boris Yotovdan ibarət duet 2 nəfərlik qayıqla 2000 metr, kayakçı İnna Osipenko-Rodomska qadınlar arasında 1 nəfərlik qayıqla 200 metr və 500 metr, kanoeçi Valentin Demyanenko 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə lisenziyaya sahib çıxıb.
-
Sosial19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin118:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO
-
Dünya17:55
Bu ölkənin bayrağı ilə "Avroviziya"ya giriş qadağan edildi
-
Avropa17:12
Gürcüstana xəbərdarlıq edildi: Qəbuledilməzdir!
-
Sosial16:23
Parlament seçkiləri önə çəkilə bilər - Məzahir Pənahov
-
Nida Xəbər 15:48
Xəritə yayıldı: ermənilərin zəbt etdiyi bu ərazilər Azərbaycana təhvil verilir - VİDEO
-
Magazin115:26
Tələbələrimin hamısı yuxarıdan tapşırılır - VİDEO