İdman
“Qəbələ” üçün iki önəmli hadisə - “İşimizə böyük sevgi ilə başlayacağıq”
Bu gün "Qafqaz Point Hotel"də "Qəbələ" İdman Klubundakı son yeniliklərlə bağlı mətbuat konfransı keçirilib.
Publika.az xəbər verir ki, konfransda “Qəbələ” klubunda yeni təyinat və sponsor müqaviləsi imzalanıb. Kluba yeni kommersiya direktoru vəzifəsinə Mustafa Aztopal gətirilib. “Qırmızı-qaralar” həmçinin Türkiyənin “Sarar” şirkəti ilə geyim sponsorluğu müqaviləsi imzalayıb.
Konfransda Mustafa Aztopal və “Sarar” şirkətinin əməkdaşı ilə yanaşı, “Qəbələ”nin futbol direktoru Toni Adams və marketinq üzrə menecer söbəsinin müdiri Səməd Nəsibov da iştirak ediblər.
Konfransı açıq elan edən Nəsibov öncə yeniliklərlə bağlı danışıb: “Bu gün “Qəbələ” İdman Klubunun tarixində iki önəmli hadisə baş verib. Beynəlxalq brend olan “Sarar” firması ilə 2 illik sponsor müqaviləsi imzalayacağıq. Bu şirkət 5 qitədə, 51 ölkədə fəaliyyət göstərir. Bu da böyük keyfiyyət tələb edir. Futbolun inkişafında təkcə futbolçunun, məşqçinin, klubun xidməti yox, biznes şirkətlərinin və mətbuatın da böyük rolu var”.
Daha sonra çıxış edən “Sarar” şirkətinin əməkdaşı Məsut Özün bu sponsorluqdan məmnun olduqlarını bildirib:
“Biz 1996-ci ildən Türkiyə millisinin əsas sponsoruyuq. “Beşiktaş” və “Qalatasaray”la da əməkdaşlığımız olub. O ki qaldı “Qəbələ”yə, bu komandanın Avropa Liqasının qrupundan növbəti mərhələyə adlayacağına əminik”.
Daha sonra Mustafa Aztopal yeni təyinatından danışıb:
"Tanışlığımız 1 il əvvəl baş verib. Bu, dəyərli Toni Adamsın sayəsində oldu. Ötən il Azərbaycana səfər etdim və vitse-prezident Fariz Nəcəfovla görüşdük. "Qəbələ" kimi komandanın bir parçası olmaq mənim üçün qürürvericidir. İki həftə öncə klubun prezidenti Tale Heydərovla görüşümüz oldu. “Qəbələ”nin başlatdığı layihəyə daxil olduğum üçün çox xoşbəxtəm. Azərbaycanda çalışacağım üçün xüsusi sevincliyəm. Çünki biz qardaşıq. “Sarar” şirkəti ilə bağlanılan müqaviləni ticari uğur hesab edirəm. Çünki “Sarar” çox önəmli markadır. Hərtərəfli əla bir kollektivə qoşulduğum üçün çox sevinirəm. Burda həvəslə çalışacam. Buna əmin ola bilersiniz. İşimizə böyük sevgi ilə başlayacağıq. Klubla əlaqəli bütün suallarınızı mənə ünvanlaya bilərsiz. Azərbaycan futbolunun və "Qəbələ"nin inkişafı üçün bir yol açırıq. Bu gün imzalanan sponsorluq müqaviləsi də bunlardan biridir".
-
Rəsmi xronika14:14
İlham Əliyev qanun imzaladı
-
ABŞ13:55
Seçkiqabağı sorğu: İkisindən biri 10 faiz öndədir
-
Dünya13:20
Peter Siyarto Makrona qarşı çıxdı
-
Sosial12:35
Əmlak bazarında “tilov effekti” - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Art12:06
Azərbaycan teatrının “sarı simi” – Onun gözlərinə baxa bilmirdim
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq