İdman
“Qəbələ” polşalılara, “Qarabağ” avstriyalılara tapşırıldı
Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək "Qarabağ" - "Anderlext" (Belçika) və "Krasnodar" (Rusiya) - "Qəbələ" oyunlarını idarə edəcək hakimlər məlum olub.
Publika.az xəbər verir ki, Bakıda keçiriləcək qarşılaşma Avstriya, Krasnodarda baş tutacaq görüş isə Polşadan olan hakimlər briqadasına həvalə olunub.
"Anderlext"lə qarşılaşmanın baş hakimi Oliver Draxta olacaq. Ona Roland Brandner və Ştefan Kühr yan xətt hakimləri, Manuel Şüttenqruber və Diter Mukkenhammer əlavə köməkçi hakimlər qismində yardım edəcəklər. Dördüncü hakim funksiyasını Roland Ryeder yerinə yetirəcək. Hakim-inspektor sloveniyalı Darko Çeferin, UEFA nümayəndəsi isə qazaxıstanlı Oljas Abrayev olacaq.
"Krasnodar"la görüşdə isə baş hakim funksiyasını Martsin Borski yerinə yetirəcək. Ona Rafal Rostkovski və Martsin Bonek yan xətt hakimləri, Daniel Stefanski və Tomaş Vayda əlavə köməkçi hakim qismində yardım edəcək. Oyunun dördüncü hakimi Krjıştov Mırmus olacaq. Bosniya və herseqovinalı Elmir Pılav hakim-inspektor, belaruslu Sergey İlıx UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Anderlext" matçı saat 22:00-da başlayacaq. "Krasnodar" - "Qəbələ" matçının start fiti isə Bakı vaxtı ilə saat 00:05-də səslənəcək.
-
Sosial17:48
Əli Əsədov yeni qərarlar imzaladı
-
Rəsmi xronika17:18
İlham Əliyev fərman imzaladı
-
Sosial16:57
Hava ilə bağlı xəbərdarlıq: mayın 5-i axşamdan 7-si səhərədək...
-
Qarabağ 16:37
Kəlbəcərdə bədbəxt hadisə - Hərbçimiz həlak oldu
-
Magazin216:17
Acun Ilıcalıya ağır itki - FOTO
-
Elm və təhsil15:40
Bu şəxslərin diplomu tanınmadı
-
Nida Xəbər 14:58
Vilayət Eyvazov bu generalı özünə müşavir təyin etdi - FOTO
-
Magazin114:02
Hamını aldadıblarmış... - Qızı Təranəni ifşa etdi