Astanada “sui-qəsd”, “Şaxta”da “qəza”
Bizi izləyin

İdman

Astanada “sui-qəsd”, “Şaxta”da “qəza”

Çempionlar Liqasının qrup mərhələsində 2-ci tura yekun vurulub.

Dünən A, B, C və D qruplarında 8 oyun keçirilib.

Publika.az xəbər verir ki, günün ilk oyunu Astanada baş tutub. Burada yerli "Astana" "Qalatasaray"ı qəbul edib. İstanbul təmsilçisi oyunda iki dəfə önə keçsə də, hər iki halda üstünlüyünü qoruyub saxlaya bilməyib - 2:2. Bununla da, "Astana" tarixi ərzində ilk dəfə çıxış etdiyi Çempionlar Liqasının qrup mərhələsində ilk xalını qazanıb. Maraqlıdı ki, oyunda 3 avtoqol qeydə alınıb.

C qrupunda keçiriləcək digər oyunda qrupun favoritləri - "Benfika" və "Atletiko" Madriddə münasibətlərinə aydınlıq gətiriblər. "Hindular" gözlənilmədən evdə məğlub olublar - 1:2.

Günün digər maraqla gözlənilən oyunu isə Mançesterdə baş tutub. Bir illik fasilədən sonra qatıldığı Çempionlar Liqasının qrup mərhələsinə məğlubiyyətlə start verən "Mançester Yunayted" "Volfsburq"u qəbul edib. Oyunun əvvəllərində 0:1 hesabıyla geri düşən "qırmızı şeytanlar" daha sonra iki dəfə almanları məyus edərək hesabına 3 xal yazıb.

Turnirin son finalçısı "Yuventus" isə evdə "Sevilya"nı qəbul edib. Hər iki klub son vaxtlar yaxşı günlərini yaşamır. Belə ki, həm "qoca sinyora", həm də "Sevilya" ölkə çempionatında turnir cədvəlinin aşağı pillələrində qərarlaşıblar. Buna baxmayaraq, Çempionlar Liqasının cari mövsümünə qələbəylə başlayan komandalar ölkə çempionatındakı uğursuzuğu qitənin ən nüfuzlu klub turnirindəki qələbəylə sığortalamaq niyyətində idilər. Bu, meydan sahibi - "Yuventus"a qismət olub. 2:0 hesabıyla qalib gələn "Yuve" qrupda birinci pilləyə yüksəlib.

Çempionlar Liqası. Qrup mərhələsi, 2-ci tur

30 sentyabr

A qrupu

Malmö (İsveç) - Real M (İspaniya) 0:2

Ronaldo, 29; 90.

Qırmızı vərəqə: Yotun, 78.

Şaxtyor (Ukrayna) - PSJ (Fransa) 0:3

Oryer, 7. David Luis, 23. İbrahimoviç, 90.

Real, PSJ – 6, Malmö, Şaxtyor – 0.

B qrupu

Mançester Yunayted (İngiltərə) - Volfsburq (Almaniya) 2:1

Mata, 34-p. Smollinq, 53 - Kaliquri, 5.

ÇSKA (Rusiya) - PSV (Hollandiya) 3:2

Musa, 7. Dumbia, 21; 37-p - Lestyenn, 60; 68.

Qırmızı vərəqə: Arias, 80.

PSV, ÇSKA, Mançester Y, Volfsburq – 3.

C qrupu

Astana (Qazaxıstan) - Qalatasaray (Türkiyə) 2:2

Hakan Balta, 78-avtoqol. Karole, 89-avtoqol - Bilal Kısa, 31. Erik, 86-avtoqol.

Atletiko M (İspaniya) - Benfika (Portuqaliya) 1:2

Korrea, 23 - Qaytan, 37. Quedes, 51.

Benfika – 6, Atletiko – 3, Astana, Qalatasaray – 1.

D qrupu

Borussiya M (Almaniya) - Mançester Siti (İngiltərə) 1:2

Ştindl, 54 - Otamendi, 65. Aquero, 90-p.

Yuventus (İtaliya) - Sevilya (İspaniya) 2:0

Morata, 41. Zaza, 87.

Yuventus – 6, Sevilya, Mançester S – 3, Borussiya M - 0

29 sentyabr

E qrupu

Barselona (İspaniya) - Bayer L (Almaniya) 2:1

Serji Roberto, 80. Suares, 83 - Papadopulos, 23.

BATE (Belarus) - Roma (İtaliya) 3:2

Staseviç, 8. Mladenoviç, 13; 31 - Jervinyo, 67. Torosidis, 83.

Barselona – 4, Bayer, BATE – 3, Roma – 1.

F qrupu

Bavariya (Almaniya) - Dinamo Z (Xorvatiya) 5:0

Duqlas Koşta, 13. Levandovski, 22; 28; 55. Getse, 25.

Arsenal (İngiltərə) - Olimpiakos (Yunanıstan) 2:3

Uolkott, 35. Sançes, 66 - Pardo, 33. Fortunis, 40. Finnboqason, 67.

Bavariya – 6, Olimpiakos, Dinamo Z – 3, Arsenal – 0.

G qrupu

Makkabi (Təl-Əviv, İsrail) - Dinamo K (Ukrayna) 0:2

Yarmolenko, 4. Moraes, 50.

Portu (Portuqaliya) - Çelsi (İngiltərə) 2:1

Andre, 39. Maykon, 52 - Vilian, 45.

Dinamo K, Porto – 4, Çelsi – 3, Makkabi T-Ə – 0.

H qrupu

Lion (Fransa) - Valensiya (İspaniya) 0:1

Fequli, 43.

Zenit (Rusiya) - Gent (Belçika) 2:1

Dzyuba, 35. Şatov, 67 - Matton, 56.

Zenit – 6, Valensiya – 3, Gent, Lion – 1.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm