Əhalinin ixtiyarına verilən idman kompleksindən FOTOREPORTAJ
Bizi izləyin

İdman

Əhalinin ixtiyarına verilən idman kompleksindən FOTOREPORTAJ

Respublikanın ən iri idman komplekslərindən biri olan “Su İdmanı sarayı”nın media nümayəndələri üçün təqdimatı keçirilib.

Publika.az-ın məlumatına görə, artıq əhalinin xidmətinə verilən idman kompleksinin qapıları həm uşaq, həm də böyüklər üçün açıqdır. Kompleksdə müxtəlif növ idman məşqləri ilə məşğul olmaq mümkündür. Belə ki, ümumi sahəsi 2500 kv metr olan fitnes mərkəzi müxtəlif idman növləri üçün nəzərdə tutulub. Ümumilikdə 8 zalı olan fitnes mərkəzində əlavə olaraq rəqs, yoqa, pilates, zumba, sayklinq qrupları və s. məşqlər üçün 1500 kv metr sahə ayrılıb.

“Su İdmanı sarayı”nda həm peşəkar, həm də həvəskar üzgüçülər üçün nəzərdə tutulmuş və Respublikada analoqu olmayan hovuzlar ən son texnologiya və standartlara uyğun olaraq tikilib. Hovuzun suyu daimi olaraq dövriyyə prosesi zamanı xüsusi avadanlıqlarla təmizlənir, dərinlik isə müasir texnologiya ilə tənzimlənir.

Yarışlar üçün nəzərdə tutulan Olimpiya hovuzunun uzunluğu 50, eni 25, dərinliyi isə 3 m-dir. Suya tullanma hovuzunun uzunluğu isə 25, eni 20, dərinliyi isə 6 m-dir.

Üzgüçülüyü öyrənmək istəyən həvəskarlar eni 50, uzunluğu isə 25 m olan, 20 sıradan ibarət hovuzdan istifadə edə bilərlər. Qeyd edək ki, həftənin müəyyən günləri yalnız qadınlar üçün xüsusi saatlar təyin edilib.

Gələcəyimizin idmançıları olacaq balacalarımızı da unutmadıq. Belə ki, kompleksdə peşəkar məşqçilərimizin başçılığı ilə 4-16 yaşlı uşaqlar üçün qrup məşqləri keçirilir.

Mərkəzdə həmçinin gözəllik salonu, SPA, terapiya və masaj kabinələri mövcuddur. Dincəlmək üçün bizi seçən müştərilər sauna, buxar otağı, müxtəlif effektli duş kabinələri və cakuzidən istifadə edərək xidmətlərimizdən tam razı qalacaqlar.

Valideynlər körpələrini xüsusi uşaq guşəsinə etibar edərək mərkəzimizin xidmətlərindən rahat və tələsmədən istifadə edə bilərlər. Uşaqlar burada tərbiyəçi və animatorlarımızla maraqlı və şən vaxt keçirməklə yanaşı müxtəlif məntiq oyunlarında da iştirak edirlər.

“Su İdmanı sarayı”nın restoranında idman və klassik yemək menyuları da təqdim edilir. Restoranın əsas xüsusiyyəti odur ki, burada şəxsi rasiona uyğun yeməklər seçmək mümkündür. Belə ki, təqdim olunan yeməklərin inqredientləri və kalori miqdarı menyuda qeyd olunub.

Qeyd edək ki, həftənin bütün günləri səhər saat 07:00-dan axşam saat 23:00-dək çalışan kompleksin ərafında 500 avtomobilin dayanacağı üçün parkinq mövcuddur.

Publika.az

FOTOLAR: Elçin MURAD

Oxumağa davam et
Reklam
Reklam

Gündəm