İdman
Fariz Məmmədovdan parlaq qələbə
Azərbaycanı və "Qəbələ" İdman Klubunu peşəkar rinqdə təmsil edən Fariz Məmmədov martın 15-də növbəti döyüşünü keçirib.
Publika.az xəbər verir ki, Almaniyanın Şenberq şəhərində baş tutan reytinq xarakterli döyüşdə boksçumuzun rəqibi mərakeşli Samir Boukrara olub.
Cəmi 2 raund sürən döyüş Fariz Məmmədovun parlaq qələbəsi ilə yekunlaşıb. Boksçumuzdan 2-ci raundun əvvəlində ağır zərbə alan Boukrara döyüşü davam etdirə bilməyib və nokaut qeydə alınıb.
Xatırladaq ki, Fariz Məmmədovun növbəti döyüşü revanş xarakterli olacaq. O, ötən ilin sonunda Qəbələdə üz-üzə gəldiyi almaniyalı Matias Pelklə münasibətlərinə aydınlıq gətirəcək. Qarşılaşmanın may və ya iyun ayında keçirilməsi nəzərdə tutulub.
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...
-
Sosial11:48
Bu şəxslərə 1380 manat ödəniş edilir
-
Magazin111:33
“Zaur ailəmi dağıdıb, onu güllələyəcəm” - Polis hərəkətə keçdi
-
Dünya11:06
Dollar ucuzlaşır, ruzigar türk lirəsinin xeyrinə əsir: Bütün gözlər bu hesabatda
-
Dünya10:36
Yeni qanun hazırlanır: qiymətləri süni şəkildə artıranlar bu qədər cərimələnəcək