11 idmançımız lisenziya üçün mübarizə aparacaq
Bizi izləyin

İdman

11 idmançımız lisenziya üçün mübarizə aparacaq

Lisenziya qazanmaq üçün çalışan idmançılar arasında paralimpiyaçılarımız da var.

Publika.az xəbər verir ki, onlar Rio-de Janeyroda keçiriləcək Paralimpiya Oyunlarına vəsiqə əldə etmək üçün mübarizə aparacaqlar.

Bunun üçün Azərbaycan Milli Paralimpiya Komitəsinin 11 nəfərdən ibarət atletika idman növü üzrə komandası dünya çempionatına yollanıb.

Yarış oktyabrın 17-dən noyabrın 1-dək Qətərin paytaxtı Dohada keçiriləcək.

Komandamız dünya çempionatına ARMPK-nin baş katibi və atletika idman növü üzrə baş məşqçisi Afiq Suleymanovun rəhbərliyə ilə gedib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm