“Qarabağ” səfərdən əliboş qayıdır - YENİLƏNİB
Bizi izləyin

İdman

“Qarabağ” səfərdən əliboş qayıdır - YENİLƏNİB

Matçın 70-ci dəqiqəsində "Monako"nun futbolçusu Stefan Əl-Şaaravinin ötürməsini Lasina Traore qolla tamamlayıb.

Beləliklə, görüş "Monako"nun minimal üstünlüyü ilə başa çatıb – 1:0.

"Qarabağ"ın yer aldığı "J" qrupunda digər oyun Brüsseldə Belçikanın "Anderlext" və İngiltərənin "Tottenhem" komandaları arasında keçirilib. Görüş "Anderlext"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Hesabında 5 xal olan "Monako" turnir cədvəlində birinci pilləyə yüksəlib. "Anderlext" və "Tottenhem" komandaları isə 4 xalla ikinci və üçüncü pillədə qərarlaşıblar. "Qarabağ" isə üç xalla qrupda sonuncu – dördüncü yerdədir.

23:10

Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk hissəsində qapılara top vurulmayıb.

Hazırda matçda ikinci hissə oynanılır.

22:07

Bu gün Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ" səfərdə "Monako"nun qonağıdır.

Publika.az xəbər verir ki, qrup mərhələsində keçirdiyi iki oyunda 3 xal toplayaraq 2-ci pillədə qərarlaşmış ağdamlılar, növbəti mərhələyə vəsiqə şansı verən bu pilləni qoruyub saxlamaq üçün Monakodan xalla qayıtmalıdır.

Ağdamlıların heyətində zədəlilərin olması baş məşqçi Qurban Qurbanovun işini çətinləşdirsə də, Çumbinyonun uzun fasilədən sonra zədəsni sağaldaraq sıraya qayıtması bu itkiləri kompensasiya etməyə fürsət verir.

Avropa Liqası. Qrup mərhələsi, 3-cü tur

22 oktyabr

22:00 Monako (Fransa) - Qarabağ (Azərbaycan)

Baş hakim: Yakob Kehlet

Baş hakimin köməkçiləri: Henrik Larsen, Hayne Sorensen

Əlavə köməkçi hakimlər: Mihael Tikqaard, Yens Maye

Dördüncü hakim: Lars Hummelqaard (hamısı Danimarka)

UEFA nümayəndəsi: Con Teylor (Şotlandiya)

Hakim-inspektor: Qilfi Tor Orrason (İslandiya)

Monako. "II Lui" stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm