“Qarabağ”la “Qəbələ”nin qadın komandası da olmalıdır?
Bizi izləyin

İdman

“Qarabağ”la “Qəbələ”nin qadın komandası da olmalıdır?

AFFA Klublar Komitəsinin növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, Premyer Liqada çıxış edən bütün klubların nümayəndələri tədbirdə iştirak edib. AFFA rəsmilərinin də qatıldığı iclasda legionerlərə qoyulan limit, onlara görə üzvlük haqqının ödənilməsi, teleyayımın keyfiyyəti və bir sıra başqa məsələlər müzakirə olunub.

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov iclasda Premyer Liqa klublarının qarşısında qadın futbol komandalarının yaradılması məsələsini qaldırıb. O, bunun UEFA-nın lisenziyalaşdırma komitəsinin əsas tələblərindən biri olduğunu qeyd edib.

Klublar Komitəsinin sədri Tuyqun Nadirov da məsələylə bağlı fikrini bildirib:

“Bu tələb ötən ildən qoyulub. Bununla bağlı klub nümayəndələri ilə danışdıq, onlara bu məsələnin vacibliyini bildirdik. Şərt deyil ki, çempionatda mübarizə aparan 10 klubun hamısının qadın komandası olsun. Amma ən azı avrokuboklar uğrunda mübarizə aparan 5-6 klubun qadın komandası olmalıdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm