Qurban Qurbanov: “Burada Monakodakından daha ciddi oyun sərgiləyəcəyik”
Bizi izləyin

İdman

Qurban Qurbanov: “Burada Monakodakından daha ciddi oyun sərgiləyəcəyik”

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabah "Monako"nu qəbul edəcək "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, Qurbanov onları çətin bir oyunun gözlədiyini deyib:

- Oyun tarixi yaxınlaşdıqca, həm həyəcanlanırıq, həm də bir az qorxuruq. Çətin oyun olacaq. Rəqibi tanıyırıq. Gücünə tam bələdik. Düşünürəm ki, futbolçular bu oyunda tam məsuliyyətli çıxış edəcəklər. Düzdü, çox sıx qrafikdə oynayırıq. Buna görə də hazırlaşmaq üçün vaxtımız az olub. Əlimizdən gələni edəcəyik.

- Adətən 4-2-3-1 taktikasıyla çıxış edirdiz. Sabah Reynaldo oynamayacaq. Hansı dəyişikliklər olacaq?

- Sistemimizdə hansısa dəyişiklik olmayacaq. Ola bilsin, oyunun gedişində nə isə dəyişiklik edim. Reynaldonun mövqeyində oynatmağa bir neçə namizədim var. Hər şeyə sabah aydınlıq gələcək.

- Sabahkı oyun qrupun ən əhəmiyyətli matçlarından biridi. Psixoloji cəhətdən çətin olmayacaq ki?

- Sabahkı oyunda hər bir nəticə ola bilər. Ancaq futbolçular bu oyunun əhəmiyyətini dərk edirlər. Belə oyunlarda psixoloji gərginlik varsa, deməli, oyunçular matçın əhəmiyyətinin fərqindədilər.

- Heyət baxımından rəqibə hansısa sürpriz hazırlamısız?

- Sürpriz deyəndə ki, sabah kimlər hazırdısa, onlar da oynayacaq. Ancaq bunu hansısa sürpriz yox, belə lazım olduğu üçün edəcəm.

- Sabah Vüqar Mustafayev oynayacaq?

- Buna sabah aydınlıq gələcək. İndidən qəti fikir söyləmək olmaz.

- İndiyə olan məlumata görə, oyuna 7-8 min bilet satılıb. Sizcə, azarkeşlərin "Qarabağ"a marağının azalmasının səbəbi nədi?

- Deməzdim ki, maraq azalıb. Hər yerdə məndən "Qarabağ" barədə soruşurlar. Sabaha azarkeşlərin sayı arta bilər. İnanmıram ki, bu, azarkeşlərin inamsızlığı ilə bağlıdı.

- Əvvəlki oyunlarda qazonun durumu pis olduğundan, Suraxanıda məşq etmişdiz. Ancaq stadionun qazonu artıq tam qaydasındadı. İndi də meydançadan narahatsız?

- Bəli, meydançanın durumu indi yaxşı olsa da, qazonu qorumaq üçün Suraxanıda məşq edəcəyik.

- Monakolu jurnalistlərdən biri belə bir fikir səsləndirmişdi: "Ola bilsin, Bakıdakı oyundan sonra "Qarabağ" haqda daha çox yazılacaq"...

- Sürətli oyun olacağını düşünürəm. Fikrimcə, burda Monakodakından daha ciddi oyun sərgiləyəcəyik. Jurnalistin fikirləriylə razıyam. Ümid edirəm ki, belə də olar.

- İndiyə kimi Fransa klublarını məğlub edə bilməmişik. Bu, komandaya psixoloji təsir göstərə bilər?

- İstənilən komandaya qarşı oynamaq olar. Xüsusilə Bakıda hər komandadan xal ala bilərik. Sabah qalib gəlmək üçün meydana çıxacağıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm