AZAL - “Kəpəz” oyununda qalib müəyyənləşməyib
Bizi izləyin

İdman

AZAL - “Kəpəz” oyununda qalib müəyyənləşməyib

Noyabrın 7-də futbol üzrə Topaz Premyer Liqasının 12-ci turunun ilk oyunu keçirilib.

Turun birinci günündə AZAL eyniadlı arenada “Kəpəz”i qəbul edib. İlk hissədə komandalar qarşılıqlı hücumlarla yadda qalsa da, lakin tabloda rəqəmlər dəyişməyib.

Fasilədən sonra təzyiqi artıran əyalət təmsilçisi oyunun 82-ci dəqiqəsində Julien Ebahın zərbəsi ilə 0:1 hesabı ilə irəli çıxıb. Matçın 88-ci dəqiqəsində isə AZAL məğlubiyyətdən yaxa qurtara bilib. Ev sahibi Tagim Novruzovun qolu ilə status-kvotu bərpa olunub.

Beləliklə, AZAL - “Kəpəz” qarşılaşması heç-heçə başa çatib – 1:1.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm