İdman
Dünya çempionumuz erməni idmançısını əzdi - FOTOLAR
Dünyanən ən titullu idmançısı kimi tanınan, “ağ canavar” ləqəbli Eduard Məmmədov (60 kq) növbəti dəfə dünya çempionu titulunu qazanıb.
Publika.az xəbər verir ki, E.Məmmədov İspaniyanın Benidorm şəhərində keçirilən kikboksinqin WKA versiyası üzrə dünya cempionatının qalibi olub.
Əməkdar idman ustası, əməkdar məşqçi Məmmədov finaldakı rəqibi erməni əsilli Fransa təmsilçisi Aşot Xaçaturyana qalib gələrək 22-ci dəfə dünya çempionu tituluna yiyələnib.
“Ağ canavar” ləqəbli idmançımız qələbəsi ilə bağlı belə açıqlama verib: “Allaha şükürlər olsun bir daha bayrağımızı və himnimizi İspaniyada dünya çempionatında səsləndirə bildim 22-ci dəfə dünya çempionluğunu (WKA versiyasi üzrə) qazandım. Hər döyüş çətin keçir. Əlbəttə, bu ikiqat çətin və məsuliyyətli idi. Rəqibim peşəkar idi. Lakin buna baxmayaraq qalib gəldim. Finalda məqsədim rəqibi təkcə udmaq yox, həm də əzmək idi və buna nail oldum”.
O bu yarışda qalib gələn və yer tutan tələbələri barədə bunları deyib:“Mənimlə bərabər tələbələrim də dünya çempionu və mükafatçısı olublar. Onları ürəkdən təbrik edirəm və yeni uğurlar arzulayıram”.
Məlumat üçün bildirək ki, erməni idmançısı bu yarışda 3-cü yeri
tutub.
Aygün İlqarqızı
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər