İdman
Gənc güləşçilərimiz Bolqarıstanda yarışacaqlar
21-23 mart 2014-cü il tarixdə Bolqarıstanın Plovdiv şəhərində güləş üzrə Petko Sirakov və İvan İliyevin xatirəsinə 17-ci beynəlxalq turnir keçiriləcək. Turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclərdən ibarət yığma komandalarımız da iştirak edəcək.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə,
yunan-Roma güləşi üzrə yarışlarda yığma komandanın böyük məşqçisi
Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında ölkəmizi
Murad Məmmədov (55 kq), Kərim Cəfərov (60 kq), Orxan Məmmədli (66
kq), Hacımurad Bağmanov (74 kq), İslam Abbasov (84 kq), Türmən
Eyyubov, Orxan Nuriyev (hər ikisi 96 kq) və Hacımurad Çöpsiyev (120
kq) təmsil edəcəklər.
Gənc qızların mübarizəsində Türkan Nəsirov (44 kq), Şəfəq Muradzadə
(48 kq), Solmaz Həşimzadə (55 kq), Elmira Qəmbərova (63 kq) və
Raqnetta Qurbanzadə (67 kq) qüvvələrini sınayacaqlar. Komandaya
böyük məşqçi Aslan Ağayev və məşqçi Həsrət Məmmədyarov rəhbərlik
edəcəklər.
Böyük məşqçi Arif Abdullayev və məşqçi Nazim Əlicanovun rəhbərliyi
altında Bolqarıstana 10 sərbəst güləşçi yollanacaq. Heyətdə Arif
Hüseynov, Mircəlal Həsənzadə, Ruslan Surxayev, Vurğun Əliyev,
Abdulmuslim Muxuddinov, Kənan Əliyev, Nurməhəmməd Hacıyev, Çermen
Baqayev, Səid Həmidov və Cahid Həsənzadə yer alıblar.
Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakimlər Vaqif
Cəlilov və Zakir Məmmədov ölkəmizi təmsil edəcəklər.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı