İdman
İtaliya mətbuatı Bakıda keçiriləcək “Formula-1”-dən yazdı
İtaliyanın aparıcı idman kanalları, informasiya portalları Bakıda keçiriləcək “Formula-1” Qran-pri yarışları haqqında növbəti məqalələr yaymaqdadır. Yazılarda əsasən yarışların 2016-cı il mövsümünün təqvimindən bəhs olunur, Azərbaycanda “Formula-1”-ə hazırlıqla bağlı məqamlara toxunulur.
Publika.az xəbər verir ki, xüsusilə “Formula-1” idman növü üzrə ixtisaslaşmış “Formula passion” portalı ölkəmizdə keçiriləcək yarışlar haqqında geniş məlumat verərək, təşkilatçı “Baku City Circuit” şirkətinin icraçı direktoru Arif Rəhimovun fikirlərinə də yer ayırıb. O, Bakı “Formula-1” trasının bu mövsümdə ən sürətli şəhər trası olacağını, paytaxtımızın qədim və müasir küçələrindən keçəcəyini, şəhərin ən gözəl məkanlarını nümayiş etdirəcəyini bildirib. O deyib:
“Bu cür yarışlar vasitəsilə biz cazibədar turizm məkanlarından olan Bakının gözəlliklərini göstərməyə çalışırıq. Çoxlu sayda izləyicisi olan “Formula-1” bu məqsədə çatmaq üçün möhtəşəm platformadır”.
A.Rəhimov, eyni zamanda, müxtəlif ölkələrdə keçirdikləri görüşlər, təcrübə mübadiləsi, yarışın uğurlu təşkili üçün lazımi tədbirlərlə bağlı məlumat verib.
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq