İdman
İkiqat dünya çempionu planında dəyişiklik etdi - Foto + Video
Kikboksçu Elçin Hüseynovun martın 22-26-da Türkiyənin Ankara şəhərində keçiriləcək Dünya Çempionatına gedəcəyi ilə bağlı məlumat vermişdik.
İkiqat dünya çempionu 3-cü dəfə bu nəticəni təkrarlamağı planlaşdırırdı. Lakin planlarda bir qədər dəyişiklik olub. Belə ki, həmin tarixdə baş tutacaq Dünya Çempionatı təxirə salınıb.
Bu barədə idmançı özü Publika.az-a məlumat verdi:
“Martın 22-26-da Ankara şəhərində keçiriləcək dünya çemiontaı təxirə salındı. Bizə müəyyən səbəblər üzündən aprelin sonlarında təşkil olunacağı deyildi. Amma mən məşqlərimi Ehram Məcidovun rəhbərliyi altında davam etdirirəm. Çünki aprelin 5-11-də Moldovanın Kişinyov şəhərində Budo Döyüş növləri üzrə Avropa Çempionatı keçiriləcək. Həmin çempionatda “K1” tərzində döyüşəcəm. Bu yarışdan sonra Türkiyədə baş tutacaq Dünya Çempionatına gedəcəm”.
Qeyd edək ki , Elçin Hüseynov 2 qat Dünya çempionu, Dünya Kubokunun qalibidir. Bundan əlavə o, Dünya çempionatının gümüş və bürünc mükafatçısı, Asiya çempionudur.
Həmçinin, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Beynəlxalq Turnirin mükafatçısı, Azərbaycan çempionudur.
Aygün İlqarqızı
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı