Dünya çempionumuza sürpriz qarşılanma mərasimi - FOTOLAR
Bizi izləyin

İdman

Dünya çempionumuza sürpriz qarşılanma mərasimi - FOTOLAR

Azərbaycanın ağır atletika üzrə kişilərdən ibarət yığma komandasının keçmiş üzvü İvan Stoitsov həyat yoldaşına maraqlı sürpriz edib.

Publika.az xəbər verir ki, hazırda qadınlardan ibarət ağır atletika yığmamızın tərkibində çıxış edən dünya çempionu Boyanka Kostovanın həyat yoldaşı İvan Stoitsov Bolqarıstanda Sofiya hava limanında onu əlində plakat, gül və hədiyyələrlə qarşılayıb.

Plakatın üzərində bolgar dilində "Evinə xoş gəldin, çempion" sözləri yazılıb.

Qarşılanma ilə bağlı şəkilləri İ.Stoitsov sosial şəbəkədəki ünvanında paylaşıb. Şəkillərə isə belə rəy yazıb: "sevgilimlə görüş"...

Xatırladaq ki, İvan Stoitsov dekabrın ilk 10 günlüyündə Azərbaycan yığmasında karyerasını bitirib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm