Dünyanı sarsıdacaq transfer - 400 milyon avro
Bizi izləyin

İdman

Dünyanı sarsıdacaq transfer - 400 milyon avro

"Real"ın prezidenti Florentino Peresin Neymar israrı davam edir.

Publika.az xəbər verir ki, klub rəhbəri "Barselona"nın ulduzunu Madridə gətirmək üçün bütün fədakarlıqlara hazırdır.

İddiaya görə, Peres futbolçuya 5 illik müqavilə və illik 35 milyon maaş təklif edəcək. "Real" rəhbərliyi Neymarın atasını razı salmaq üçün ona 30 milyon avro imza haqqı ödəməyə hazırdır. Bununla da, futbolçunun təkcə özünə 205 milyon avro ödənəcək.

Neymar razılaşacağı halda "Barselona"nı razı salmaq lazım gələcək. Bunun üçün isə 195 milyon transfer haqqı lazımdır. Beləliklə, "Real" braziliyalı futbolçuya 400 milyon avro xərcləyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm