İdman
Yeni reytinq açıqlandı – İrəliləyiş var
Beynəlxalq Şahmat Federasiyası (FİDE) dünya qrossmeysterlərinin yeni reytinq siyahısını açıqlayıb.
Publika.az xəbər verir ki, ilk "100-lüy"ə Azərbaycanın 4 şahmatçısı düşüb.
Şəhriyar Məmmədyarovun yenə 2747 xalı olsa da, siyahıda 1 pillə irəliləyib. Hazırda o, 18-ci pillədədir. Yenə 2726 xala malik Teymur Rəcəbov 28-ci pillədə qalıb. Aktivinə 6 xal yazdıran Arkadi Naydiç 1 pillə irəliləyib və 2702 xalla 44-cü mövqedə qərarlaşıb. Bununla da Naydiç Azərbaycan yığmasında çıxış etməyə başladıqdan sonra ilk dəfə 2700-lüyə qayıdıb. Nəhayət, 2653 xalını qoruyan Eltac Səfərli 1 pillə irəliləyərək, 100-cü pillədə yer alıb.
Rapidçilərin reytinqində Rəcəbov 2788 xalla 8-ci, Məmmədyarov 2771 xalla 12-ci, Qədir Hüseynov 2718 xalla 40-cı, Naydiç 2666 xalla 88-ci, Rauf Məmmədov 2655 xalla 99-cudur.
Blitsçilərin reytinqində isə Məmmədov 2810 xalla 10-cu, Rəcəbov 2800 xalla 12-ci, Məmmədyarov 2748 xalla 21-ci, Səfərli 2677 xalla 72-ci pillədə qərarlaşıb.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi