
Rusiya xokkeyində ölüm hadisəsi qeydə alınıb.
Publika.az xəbər verir ki, Novokuznetsk “Metallurq”unun 16 yaşlı xokkeyçisi Aleksandr Orexov ölüb. Hadisə yanvarın 14-də gənclər liqasında keçirilən “Sibir” - “Metallurq” oyununda baş verib.
Şayba 16 yaşlı xokkeyçinin boyun nahiyəsinə dəyib. Ağır zədə alan Aleksandr huşunu itirərək, yerə yıxılıb. Xokkeyçi Novosibirskin mərkəzi xəstəxanasına çatdırılıb.
Təxminən 2 həftə koma vəziyyətində qalan xokkeyçi, həkimlərin cəhdlərinə baxmayaraq, dünyasını dəyişib.