
Avropanın aparıcı ölkələri üçün qış “transfer pəncərəsi” fevralın 2-də bağlandı.
Publika.az xəbər verir ki, transferin son günündə “Mançester Yunayted”in hücumçusu Memfis Depay haqda maraqlı xəbər yayılıb. Hətta bu xəbərə holland futbolçu özü də gülüb.
“Daily Mail” nəşri 21 yaşlı forvardın dünən hansısa supermarketdən xeyli tualet kağızı aldığını yazıb. Xəbəri gülüşlə qarşılayan Depay “tvitter” hesabında belə şərh yazıb: “Transfer pəncərəsi”nin son günündə ən vacib xəbər bu oldu. Bəxtim gətirdi...”.