Messi 32 milyon avroya avtomobil aldı - FOTO
Bizi izləyin

İdman

Messi 32 milyon avroya avtomobil aldı - FOTO

Paris auksionunda 1957-ci il istehsalı olan "Ferrari 335 S Spider Scaglietti" avtomobili satılıb.

Publika.az xəbər verir ki, 32 milyon avroya satılan avtomobili kimin aldığı gizli saxlanılır. Ancaq "Bleacher Report" avtomobilin "Barselona"nın futbolçusu Lionel Messi tərəfindən alındığı barədə məlumat yayıb.

Bu avtomobillə 1958-ci ildə əfsanəvi ingilis pilot Stirlinq Moss Formula-1 qran-prisinin qalibi olub. Avtomobilin əvvəlki sahibi daşınmaz əmlak agenti Alessandro Protodur. Onun Ronaldo ilə biznes əlaqələrinin olduğu və portuqaliyalı ulduzun da bu “gözəl”ə maraq göstərdiyi deyilir.

Messinin qarajında "Ferrari F430 Spider", "Maserati GT Stradale" və "Audi R8 Spyder" də var. Bu avtomobillərin ümumi qiyməti 517 min avro dəyərindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm