Onun “başına” 300 milyon qiymət qoyuldu
Bizi izləyin

İdman

Onun “başına” 300 milyon qiymət qoyuldu

Madrid “Real”ı aparıcı oyunçularından olan Toni Kroosun transfer qiymətini açıqlayıb.

Publika.az xəbər verir ki, “Kral klubu”nun rəhbərliyi almaniyalı futbolçunu 300 milyon avro qarşılığında satmağa razılaşacağını bildirib.

Son vaxtlar adı müxtəlif klublarla birgə hallanan Kroosun “Real”la 2020-ci ilin yayına qədər sözləşməsi var.

İspaniya mətbuatında madridlilərin 26 yaşlı futbolçu ilə yolları ayırmaq istədiyi haqda xəbərlər yayılsa da, Almaniya yığmasının üzvünə qoyulan transfer qiyməti bu məlumatların doğru olmadığı göstərir.

Qeyd edək ki, Kroos “Real”a 2014-cü ildə “Bavariya”dan transfer olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm