Kataloniyalıların qisası ağır oldu, İngiltərədə nə baş verir?
Bizi izləyin

İdman

Kataloniyalıların qisası ağır oldu, İngiltərədə nə baş verir?

Ötən həftəsonu Avropanın aparıcı çempionatlarında baş tutan oyunlarda xeyli maraqlı nəticələr qeydə alındı.

İspaniyada tur nəhənglər üçün itkisiz başa çatsa da, “Valensiya”nın uzun aradan sonra qələbə sevinci dadması diqqət çəkdi. "Yarasalar" La Liqada sonuncu dəfə ötən il, noyabrın 7-də səfərdə "Selta"nı məğlub etmişdi (5:1). Bu, həm də "Valensiya"nın ingilis baş məşqçisi Qari Nevillin La Liqada ilk qələbəsi oldu.

Birinci dövrədə sensasiyalı şəkildə Viqoda “Selta”ya məğlub olan (1:4) “Barselona” bunun əvəzini artıqlamasıyla çıxdı.

Fransa çempionatının lideri PSJ xal itkisiylə üzləşsə də, bu onun turnir cədvəlindəki mövqeyinə ciddi təsir etmədi. Belə ki, parislilərin ən yaxın izləyicisi "Monako" da "Sent-Etyen"lə oyunda heç-heçə edib - 1:1.

İtaliyada hamının səbrsizliklə gözlədiyi oyun baş tutdu. Çempionluğa əsas favoritlər “Yuventus”la “Napoli”nin dueli son çempionun qələbəsiylə yekunlaşdı və Turin təmsilçisi A seriyasında liderliyi ələ aldı.

Turun son oyununda isə "Fiorentina" "İnter"i 2:1 hesabıyla məğlub edib. Bu komandaların birinci dövrədə "San-Siro"da baş tutmuş oyununda da "Bənövşəyilər" üstün olmuşdu - 4:1. “Milan” da növbəti qələbəsini qazandı.

İngiltərə Premyer Liqasında 26-cı tur sürpriz liderin məğlubiyyətiylə yadda qaldı. "Arsenal" evdə "Lester"i məğlub etməklə lideliyə daha da yaxınlaşdı. “Tottenhem” isə səfərdə “Mançester Siti”ni məğlub edərək 2-ci pilləyə yüksəldi. İngiltərədə nə baş verdiyini hələ də anlamaq çətindir. Turnir cədvəlinin yuxarı pillələrində görməyə alışdığımız “Çelsi”, “Mançester Yunayted”, “Liverpul” kimi nəhənglər ortabablardan seçilmir.

Publika.az Almaniya, İngiltərə, İtaliya, İspaniya, Fransa və Türkiyə çempionatlarında son turun nəticələrini təqdim edir.

Almaniya. Bundesliqa, 21-ci tur

12 fevral

23:30 Maynts - Şalke 2:1

Bussmann, 33. Baumqartlinqer, 79 - Belhanda, 46.

13 fevral

18:30 Borussiya D - Hannover 1:0

Mxitaryan, 57.

18:30 Darmştadt - Bayer L 1:2

Vaqner, 28 - Sulu, 62-a/q. Brandt, 77.

18:30 Ştutqart - Herta 2:0

Di, 51. Kostiç, 84.

18:30 Volfsburq - İnqolştadt 2:0

Draksler, 29. Knoxe, 39.

18:30 Verder - Hoffenhaym 1:1

Ciloboci, 13 - Kramariç, 10.

21:30 Köln - Ayntraxt 3:1

Qerhardt, 29. Haynts, 57. Modeste, 72 - Meyer, 24.

14 fevral

18:30 Hamburq - Borussiya M 3:2

Hintereqqer, 38-a/q. Rudnevs, 41. İliçeviç, 80 - Conson, 14. Raffael, 88.

20:30 Auqsburq - Bavariya 1:3

Bobadilla, 86 - Levandovski, 16; 62. Müller, 78.

* * *

İngiltərə. Premyer Liqa, 26-cı tur

13 fevral

16:45 Sanderlend - Mançester Yunayted 2:1

Kazri, 3. Kone, 82 - Martial, 39.

19:00 Bornmut - Stok Siti 1:3

Riçi, 57 - İmbula, 9. Afellay, 52. Xoselu, 55.

19:00 Kristal Pelas - Uotford 1:2

Adebayor, 45 - Dini, 16-p; 82.

19:00 Everton - Vest Bromviç 0:1

Rondon, 14.

19:00 Norviç - Vest Hem 2:2

Bredi, 54. Hoolahan, 65 - Paye, 74. Noble, 77.

19:00 Suonsi - Sautqempton 0:1

Lonq, 70.

21:30 Çelsi - Nyukasl 5:1

Dieqo Koşta, 5. Pedro, 9; 59. Vilian, 17. Traore, 83 - Taunsend, 90.

14 fevral

16:00 Arsenal - Lester 2:1

Uolkott, 71. Uelbek, 95 - Vardi, 45-p.

18:05 Aston Villa - Liverpul 0:6

Starric, 16. Milner, 25. Əmrə Can, 58. Oriqi, 63. Klayn, 65. Ture, 71.

20:15 Mançester Siti - Tottenhem 1:2

İheanaço, 74 - Keyn, 54. Eriksen, 83.

* * *

İtaliya. A seriyası, 25-ci tur

11 fevral

23:45 Latsio - Verona 5:2

Matri, 45. Mauri, 50. Anderson, 69. Keyta, 82. Kandreva, 90-p - Qreko, 72. Toni, 79.

12 fevral

23:45 Karpi - Roma 1:3

Lasanya, 61 - Din, 56. Dzeko, 84. Salah, 85.

13 fevral

18:00 Empoli - Frozinone 1:2

Makkarone, 60 - Kiofani, 17; 73-p.

21:00 Kyevo - Sassuolo 1:1

Birsa, 29-p - Sansone, 30.

23:45 Yuventus - Napoli 1:0

Zaza, 88.

14 fevral

15:30 Milan - Cenoa 2:1

Karlos Bakka, 5. Keysuke Honda, 64 - Alessio Cerci, 90.

18:00 Sampdoriya - Atalanta 0:0

18:00 Udineze - Bolonya 0:1

Destro, 79.

18:00 Palermo - Torino 1:3

Cilardinyo, 3 - İmmobile, 20-p; 69. Qonzales, 31-a/q.

23:45 Fiorentina - İnter 2:1

Borxa Valero, 60. Babakar, 91 - Brozoviç, 26.

* * *

İspaniya. La Liqa, 24-cü tur

12 fevral

23:30 Sportinq - Rayo Valyekano 2:2

Qerrero, 5. Haliloviç, 45 - Miku, 39. Jozabed, 59.

13 fevral

19:00 Real M - Atletik B 4:2

Ronaldo, 3; 87. Xames Rodriqes, 38. Kroos, 45 - Eraso, 10. Elustondo, 91.

21:15 Vilyarreal - Malaqa 1:0

Soldado, 17.

23:30 Valensiya - Espanyol 2:1

Neqredo, 71. Çerişev, 76 - Duarte, 52.

01:05 Deportivo - Betis 2:2

Berqantinos, 16. Facr, 51 - Musonda, 20. Varqas, 38.

14 fevral

15:00 Real Sosyedad - Qranada 3:0

Oyarsabal, 21; 60. Conatas, 45.

19:00 Sevilya - Las-Palmas 2:0

Baneqa, 69. Qameyro, 75.

21:15 Xetafe - Atletiko M 0:1

Torres, 2.

21:15 Eybar - Levante 2:0

Borxa Baston, 37. Tono, 58-a/q.

23:30 Barselona - Selta 6:1

Messi, 28. Suares, 59; 81. Neymar, 75; 91. Rakitiç, 84 - Quidetti, 39-p.

* * *

Fransa. Liqa-1, 26-cı tur

12 fevral

23:30 Renn - Anje 1:0

Buka Mutu, 92-a/q.

13 fevral

20:00 PSJ - Lill 0:0

23:00 Nant - Loryan 2:1

Adrian, 10. Sala, 40 - Mukanco, 79-p.

23:00 Ayaçço - Trua 2:3

Zoua, 1. Filippi, 57 - Ben Saada, 8. Azamun, 36; 43.

23:00 Genqam - Bordo 2:4

Jires, 42. Koko, 58 - Onas, 20. Rolan, 37. Şantom, 68. Diabate, 89.

23:00 Monpelye - Tuluza 2:0

Yatabare, 24. Kamara, 87.

23:00 Reyms - Bastiya 0:1

Traore, 48-a/q.

14 fevral

17:00 Lion - Kan 4:1

Umititi, 8. Lakazette, 16. Kornet, 45. Tolisso, 83 - Delort, 58.

20:00 Sent-Etyen - Monako 1:1

Mustafa Sall, 57 - Vaqner Lav, 85.

00:00 Nitsa - Marsel 1:1

Jerman, 58 - İsla, 36.

* * *

Türkiyə. Superliqa, 21-ci tur

12 fevral

22:00 Fənərbaxça - Kasımpaşa 3:1

Dieqo, 37. Van Persi, 45-p. Alper Potuk, 76 - Malki, 87.

13 fevral

15:30 Gənclərbirliyi - Bursaspor 2:0

Kulusiç, 69. El Kabir, 71.

18:00 Konyaspor - Osmanlıspor 1:1

Ömər Ali Şahinər, 68 - Rusesku, 65.

21:00 Mersin İdmanyurdu - Qalatasaray 2:1

Nakulma, 39. Güvən Varol, 63 - Podolski, 88.

14 fevral

15:30 Qaziantepspor - Akhisar 0:1

Rodalleqa, 61.

15:30 Sivasspor - Rizəspor 2:1

Teyşeyra, 23. Hasan Kabze, 84 - Mehmet Akyüz, 60.

18:00 Əskişəhərspor - Antalyaspor 3:2

Fornezzi, 49-a/q. Əmrə Güral, 62-p. Meye, 67 - Hadziç, 10-a/q. Ömər Şişmanoğlu, 90.

21:00 Başakşəhər - Beşiktaş 2:2

Edin Viska, 25. Mahmut Tekdemir, 54 - Cenk Tosun, 78. Hatçinson, 83.

15 fevral

22:00 Trabzonspor - Kayserispor

Oxumağa davam et
Reklam
Reklam

Gündəm