“Qalatasaray” “Latsio”ya qarşı, Klopp Almaniyaya qayıdır
Bizi izləyin

İdman

“Qalatasaray” “Latsio”ya qarşı, Klopp Almaniyaya qayıdır

Bu gün Avropa Liqasında 1/16 final mərhələsinin daha 15 oyunu keçiriləcək.

Publika.az xəbər verir ki, bu mərhələyə fevralın 16-da start verilmişdi. İstanbulda Moskva "Lokomotiv"ini qəbul edən "Fənərbaxça" 2:0 hesabıyla qalib gəlmişdi.

Bu gün daha bir Türkiyə təmsilçisi "Qalatasaray" İtaliya "Latsio"su ilə münasibətlərinə aydınlıq gətirəcək.

"Borussiya D” - "Portu", "Tottenhem" - "Fiorentina", “Vilyarreal” - “Napoli” qarşılaşmaları böyük maraqla gözlənilir.

“Auqsburq” – “Liverpul” qarşılaşması da diqqət mərkəzində olacaq. Belə ki, İngiltərə klubunun çalışdırıcısı Yurgen Klopp ilk dəfə əcnəbi komandayla vətəni Almaniyaya səfər edəcək.

Avropa Liqası. 1/16 final mərhələsi, ilk oyunlar

18 fevral

22:00 Borussiya D (Almaniya) - Portu (Portuqaliya)

Dortmund. "Siqnal İduna Park"

22:00 Fiorentina (İtaliya) - Tottenhem (İngiltərə)

Florensiya. "Artemio Franki" stadionu

22:00 Vilyarreal (İspaniya) - Napoli (İtaliya)

Vilyarreal. "El Madriqal" stadionu

22:00 Mityulland (Danimarka) - Mançester Y (İngiltərə)

Herninq. "Herninq" stadionu

22:00 Sevilya (İspaniya) - Molde (Norveç)

Sevilya. "Ramon Sançes Pisxuan"

22:00 Anderlext (Belçika) - Olimpiakos (Yunanıstan)

Brüssel. "Konstant Vandenstok" stadionu

22:00 Sent Etyen (Fransa) - Bazel (İsveçrə)

Sent Etyen. "Jeffrua Gişar" stadionu

00:05 Qalatasaray (Türkiyə) - Latsio (İtaliya)

İstanbul. "Ali Sami Yen" stadionu

00:05 Ausburq (Almaniya) - Liverpul (İngiltərə)

Auqsburq. "SLG-Аrеnа"

00:05 Marsel (Fransa) - Atletik (İspaniya)

Marsel. "Velodrom" stadionu

00:05 Şaxtyor (Ukrayna) - Şalke (Almaniya)

Lvov. "Lvov Arena"

00:05 Syon (İsveçrə) - Braqa (Portuqaliya)

Syon. "Turbion" stadionu

00:05 Sparta (Çexiya) - Krasnodar (Rusiya)

Praqa. "Letna" stadionu

00:05 Sportinq (Portuqaliya) - Bayer (Almaniya)

Lissabon. "Joze Alvarade" stadionu

00:05 Valensiya (İspaniya) - Rapid V (Avstriya)

Valensiya. "Mestalya" stadionu

Qeyd edək ki, cavab görüşləri 24-25 fevralda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm