Ukraynadakı ÜMİDimiz yenə çempion oldu - FOTOLAR
Bizi izləyin

İdman

Ukraynadakı ÜMİDimiz yenə çempion oldu - FOTOLAR

Apreldə MMA üzrə Ukraynanın Odessa şəhərində keçiriləcək “Professional Avropa Çempionatı” üçün keçid turnirində həmyerlimiz qələbə qazanıb.

Publika.az xəbər verir ki, fevralın 19-da Ukraynanın Lutsk şəhərində Azərbaycanı 90 kq çəki dərəcəsində təmsil edən Ümid Məmmədzadə və 90+ kq çəki dərəcəsində təmsil edən İlqar Hüseynov rəqiblərinə ilk raundda ağrıdıcı və boğucu fəndlə qalib gələrək çempionata vəsiqə qazanıblar.

Qeyd edək ki, Azərbaycanın hər zaman şərəfini qoruyan, gənc və perspektivli döyüşçü Ümid neçə illərdir ki, kikboksinq və qarışıq idman növləri üzrə peşəkar səviyyədə məşğul olur. Azərbaycan Dövlət İqtisad Universitetinin üçüncü kurs tələbəsi olan Ümid kikboksinq və qarışıq döyüş üzrə respublika çempionu, Qafqaz cempionu, uşu-sando üzrə dünya çempionu, qaydasız döyüş üzrə 3 beynəlxalq səviyyəli professional döyüşün qalibi, kikboksinq üzrə Wako - Avropa üçüncüsu və bir sıra beynəlxalq turnirlərin qalibi olmaqla yanaşı, uşu-sando üzrə idman ustasıdır.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm