“Azəryol” yarımfinalda!
Bizi izləyin

İdman

“Azəryol” yarımfinalda!

Qadın voleybolçular arasında CEV kubokunun “Çelenc raund” mərhələsinin cavab oyunlarına start verilib.

Publika.az xəbər verir ki, yarımfinala gedən yolda Bakının “Azəryol” klubu “Novara”nın qonağı olub. Gərgin keçən qarşılaşmada sevinən tərəf təmsilçimiz olub. İlk matçda 3:1 hesablı qələbə qazanmış voleybolçularımıza ikinci qarşılaşmada 2 set qazanmaq kifayət edirdi.

Bu səbəbdən oyun çox gərgin məcrada keçib. İlk setdə məğlub olan "Yolçəkənlər" ikinci setdə çətinliklə də olsa, qalib gələ biliblər. Ziya Rəcəbovun yetirmələri 3-cü seti də uduzduqdan sonra, 4-cü hissədə çox da güc sərf etməyiblər. Gənc mütəxəssis əsas heyət oyunçularına istirahət verərək, onların gücünü "Qızıl set" üçün qoruyub.

Həlledici setdə isə 15:13 hesabı ilə qələbə qazanan "Azəryol" yarımfinala adlamağı bacarıb. Yarımfinalda “Azəryol”un rəqibi Krasnodarın “Dinamo” klubu olacaq.

CEV kuboku

Çelenc raund, cavab oyunu

“Novara” (İtaliya) - “Azəryol” (Azərbaycan) - 3:2 (25:23, 26:28, 25:23, 25:18)

Qızıl set: 13:15

Oxumağa davam et
Reklam
Reklam

Gündəm