Bugünkü qələbəyə 500 min avro mükafat!
Bizi izləyin

İdman

Bugünkü qələbəyə 500 min avro mükafat!

Bu gün Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunu çərçivəsində "Qalatasaray" səfərdə "Latsio" ilə qarşılaşacaq.

Publika.az xəbər verir ki, İstanbul klubunun rəhbərliyi mərhələni keçəcəkləri təqdirdə, futbolçulara hansı məbləğdə mükafat veriləcəyini açıqlayıb.

Türkiyə mətbuatında yayılan xəbərə görə, rəhbərlik komanda mərhələni keçəcəyi təqdirdə, UEFA-dan kluba veriləcək 500 min avro məbləğində mükafatı futbolçular arasında bölüşdürəcək. Bu xəbər futbolçular arasında sevinclə qarşılanıb.

Xatırladaq ki, "Latsio" və "Qalatasaray" arasında İstanbulda baş tutmuş ilk oyun 1:1 hesablı bərabərliklə nəticələnmişdi. Bu komandalar arasında cavab oyunu bu gün, saat 22:00-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm