Futbolçular Türkiyədən qaçır
Bizi izləyin

İdman

Futbolçular Türkiyədən qaçır

Terror aksiyaları idmana da təsir edib.

Türkiyənin paytaxtı Ankarada martın 13-də baş verən terror hadisəsi bu ölkədə çıxış edən əcnəbi futbolçuları qorxuya salıb. Ans-in məlumatına görə, legioner oyunçular arasında ilk ayrılıq siqnalı “Qalatasaray”ın üzvü Lukas Podolskidən gəlib.

Polşa əsilli almaniyalı hücumçu Ankaranın mərkəzində baş verən partlayışdan sonra qərarını qətiləşdirib. Menecerinə telefon zəngi edən 31 yaşlı futbolçu “Burdan ayrılmaq istəyirəm, çox narahatam” deyərək, vəziyyəti ona izah edib. Almaniya yığması ilə birlikdə Avro-2016-ya qatılacağı gözlənilən Podolskinin Fransadakı turnirdən sonra Türkiyəyə qayıtmayacağı və transfer təkliflərini dəyərləndirəcəyi bildirilir.

Lukas Podolski

Ötən ildən “Qalatasaray”ın formasını geyinən və İstanbul klubunda illik 3,5 milyon məvacib alan Podolskinin yayda Çinə köçmək ehtimalı yüksəkdi. Qeyd edək ki, 37 nəfərin öldüyü, 120-dən çox şəxsin isə yaralandığı partlayışdan sonra “Fənərbağça”nın baş məşqçisi Vitor Pereyra “Burda qalmağa dəyərmi?” fikrini səsləndirmişdi.

Bu gün İstanbulda baş verən terror aksiyası idmana da təsir edib. "Qalatasaray Odeabank" - "Darussafaka Dogus" basketbol matçı təxirə salınıb. Bu barədə Türkiyə mediası məlumat yayıb. Matçın təxirə salındığı bildirilsə də, nə vaxt keçiriləcəyi açıqlanmayıb. Taksimdə baş verən terror aksiyası nəticəsində 5 nəfər həlak olub, 36 nəfər yaralanıb.

Türkiyə mətbuatı son günlər ölkədə baş verən terror aktları ilə bağlı bir çox məşhur futbolçuların çıxılmaz vəziyətdə qaldığını qeyd edib. Onlardan bəziləri karyerasını Türkiyədə davm etdirmək fikrində olsada bəziləri getməyi düşünür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm