XXI dünya çempionatında biletlər yerli idmansevərlər üçün ucuz olacaq
Bizi izləyin

İdman

XXI dünya çempionatında biletlər yerli idmansevərlər üçün ucuz olacaq

2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının təşkilat komitəsi ilə FIFA arasında razılı əldə edilib.

Söhbət “DÇ-2018”də rusiyalı azarkeşlər üçün biletlərin güzəştli - daha ucuz qiymətə əldə edilməsindən gedir. Artıq beynəlxalq futbol qurumu məsələ ilə bağlı razılığını bildirib. Bu barədə məlumat verən “DÇ-2018”in təşkilat komitəsinin baş direktoru Aleksey Sorokin deyib: “Qiymət siyasətini biz yox, FIFA müəyyənləşdirir. Qiymətlərin necə olacağı barədə hələ məlumatsızıq. Bu, gələcəyin işidir. Amma FIFA ilə danışıqlar aparmışıq və razılıq əldə edilib. Biletlərin qiymətləri Rusiya vətəndaşları üçün ucuz olacaq”, - deyə komitə rəhbəri qeyd edib.

FIFA bir müddət əvvəl bildirmişdi ki, biletlərin satışında bütün dünya üçün standart qiymətlər tətbiq ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm