Qurban Qurbanov “4”-ləri cütləşdirdi
Bizi izləyin

İdman

Qurban Qurbanov “4”-ləri cütləşdirdi

Bu gün “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanovun doğum günüdür.

Publika.az xəbər verir ki, adını Azərbaycan futbolunun tarixinə qızıl hərflərlə yazdıran mütəxəssisin 44 yaşı tamam olur.

Futbolçu kimi Azərbaycanda "Daşqın", "Turan", "Neftçi" və "İnter"in şərəfini qorumuş Qurbanov Rusiyanın "Dinamo" (Stavropol), "Baltika" (Kalininqrad), "Volqar" (Həştərxan) və "Fakel" (Voronej) klublarında legioner həyatı da yaşayıb.

Məşqçilik karyerası “Neftçi”də uğurlu alınmasa da, “Qarabağ”la birlikdə çempionluqlar yaşayıb. Həmçinin Avropa Liqasının qrup mərhələsində qələbə qazanan ilk azərbaycanlı məşqçi kimi tarixə düşüb.

Qurban bəyi doğum günü münasibəti ilə təbrik edir, fəaliyyətində yeni uğurlar arzu edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm