Liverpulda triller, son vəsiqə “Sevilya”nın oldu (YENİLƏNİB)
Bizi izləyin

İdman

Liverpulda triller, son vəsiqə “Sevilya”nın oldu (YENİLƏNİB)

Bu gün Avropa Liqasında yarımfinalçılar məlum olub. 4 komanda isə avrokubok mövsümüylə vidalaşıb.

Publika.az xəbər verir ki, Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyunları İngiltərə, İspaniya, Çexiya və Ukraynada baş tutub.

Günün ən dramatik qarşılaşması Liverpulda oynanılıb. Doğma azarkeşlər önündə Almaniyanın "Borussiya" klubunu qəbul edən "Liverpul" iki dəfə hesabda geri düşsə də, sonda qələbə qazana bilib və yarımfinala yüksəlib.

"Şaxtyor" və "Vilyarreal" ilk oyunda olduğu kimi yenə qələbə qazanıb. İspaniya derbisində isə qalib penalti seriyasında müəyyən olunub. Son vəsiqə "Sevilya"ya nəsib olub.

Avropa Liqası. 1/4 final, cavab oyunları

14 aprel

23:05 Liverpul (İngiltərə) - Borussiya D (Almaniya) 4:3

Oriqi, 48. Koutinyo, 66. Sako, 78. Lovren, 90+1 - Mxitaryan, 5. Obameyanq, 9. Roys, 57.

İlk oyun - 1:1

23:05 Sevilya (İspaniya) - Atletik (İspaniya) 1:2, penaltilərlə - 5:4

Qameyro, 59 - Aduris, 57. Raul Qarsiya, 80.

İlk oyun - 2:1

23:05 Sparta (Praqa) - Vilyarreal (İspaniya) 2:4

Dokal, 65. Krekci, 71 - Bakambu, 5; 49. Kastilyexo, 43. Bruno Soriano, 45.

İlk oyun - 1:2

23:05 Şaxtyor (Ukrayna) - Braqa (Portuqaliya) 4:0

Srna, 25-p. Rikardo Ferreyra, 42-a/q; 74-a/q. Kovalenko, 50.

İlk oyun - 2:1

Oxumağa davam et
Reklam
Reklam

Gündəm