Bakı-2015 Avropa Oyunlarının açılış mərasiminə “Emmi” mükafatı
Bizi izləyin

İdman

Bakı-2015 Avropa Oyunlarının açılış mərasiminə “Emmi” mükafatı

Bakı-2015 Avropa Oyunlarının açılış mərasimi beynəlxalq “Emmi” mükafatına layiq görülüb.

Bu barədə Publika.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova bildirib.Bu il martın 24-də baş ofisi Nyu-Yorkda yerləşən Milli Televiziya Sənədi və Elm Akademiyası 43-cü “Emmi” mükafatı üçün Azərbaycanın Avropa Oyunlarının açılış mərasimi ilə bağlı 6 nominasiya üzrə namizədliyini irəli sürdüyünü açıqlayıb.

Qaliblərin elan olunması mərasimi aprelin 29-da Los-Ancelesdə baş tutub. Bakı 2015 Avropa Oyunlarının açılış mərasimi iki nominasiya üzrə qalib gəlib. Bunlar işıq rejissorluğu və canlı musiqi üzrə “Sound mix” nominasiyasıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm