Messinin baş məşqçisi 7 aydır məvacib almır
Bizi izləyin

İdman

Messinin baş məşqçisi 7 aydır məvacib almır

Argentina Futbol Federasiyası maliyyə böhranı ilə üzləşib.

Publika.az xəbər verir ki, federasiya 7 aydır Lionel Messi kimi dünya ulduzunun forma geyindiyi yığmanın baş məşqçisi Xerardo Martinonun məvacibini ödəyə bilmir.

Məsələylə bağlı mətbuata açıqlama verən Martino məlumatı təkzib etməyib. O, suala belə cavab verib: "Bu barədə heç nə danışa bilmərəm".

Martino Argentina yığmasında 2014-cü ildən çalışır.

O, bir müddət "Barselona"ya da rəhbərlik edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm