İdman
Taekvondoçularımız İsveçrədən 3 medalla qayıdır
İsveçrənin Montrö şəhərində böyüklər arasında keçirilən Avropa çempionatına yekun vurulub.
Yarışın sonuncu günü kişilərdən ibarət yığma komandamızın iki üzvü - Payam Qobadi Oğaz (87 kq) və Radik İsayev (87 kq+) mübarizəyə qoşulub.
Xorvatiyalı Nikola Bojo, fransalı MBar NDiaye və Britaniya idmançısı Damin Samsunu məğlub edən Payam Qobadi Oğaz yarımfinalda rusiyalı Vladislav Larinlə qarşılaşıb. Finala vəsiqə uğrunda döyüşdən məğlub ayrılan həmyerlimiz yarışın bürünc medalı ilə kifayətlənib.
Radik İsayev isə elə ilk döyüşündə ukraynalı idmançı Mixailo Şelestə minimal hesabla (4-5) məğlub olaraq çempionatı tərk edib.
Beləliklə, komandamız 37 ölkədən 387 taekvondoçunun qatıldığı Avropa çempionatında 3 medal qazanıb.
Qeyd edək ki, yarışın əvvəlki günlərində Milad Beigi Harçeqani (80 kq) qızıl, Patimat Abakarova (53 kq) isə gümüş medal əldə edib.
Avropa çempionatında ölkəmizi hakim qismində Azərbaycan Taekvondo Federasiyasının (ATF) baş hakimi Elşən Quliyev təmsil edib.
-
Sosial16:13
Güclü külək əsəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ
-
Cənubi Qafqaz15:38
Avropa İttifaqının missiya rəhbəri Qaragölə niyə gəlib?
-
Rəsmi xronika15:13
Prezident fərman imzaladı
-
Nida Xəbər 14:38
Göyçə mahalındakı bu mövqelər Azərbaycana verilir? - Rəsmi açıqlama
-
Bilgi.az13:56
Bir rolla tarixdə qalan aktyor: "Şofer Əhməd" ölümündən əvvəl son şəkli kiminlə çəkdirib?
-
Dünya13:31
Bu ərəb ölkəsindən şok addım: Fələstinin adını xəritədən sildilər
-
Maraq dünyası12:31
İndiyədək görünməyən məbləğdə kirayə müqaviləsi bağlandı - Fantastik rəqəm
-
Region11:51
İrəvanda qarşıdurma: Polislə etirazçılar toqquşdu - VİDEO