Salamat qal, Van Qal!
Bizi izləyin

İdman

Salamat qal, Van Qal!

Hollandiyalı Lui Van Qal “Mançester Yunayted”in baş məşqçi postundan uzaqlaşdırılıb.

Publika.az xəbər verir ki, komandanın cari mövsümdə Çempionlar Liqasına vəsiqə qazanmaması rəhbərliyi qane etməyib. Hətta iki gün əvvəl İngiltərə kubokundakı qələbə də ona olan inamsızlığı aradan qaldırmayıb.

“Mançester Yunayted” rəhbərliyi anlaşmanı birtərəfli qaydada pozduğu üçün holland mütəxəssisə 5 milyon funt təzminat ödəyəcək.

Qeyd edək ki, “Mançester Yunayted” rəhbərliyi onun yerinə Joze Mourinyonu gətirməyi planlaşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm