İdman
“Kəpəz”də kütləvi müqavilə “əməliyyat”ı
Gəncənin "Kəpəz" klubu 5 yeni futbolçu ilə müqavilə imzalayıb.
Publika.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Rəvan"dan Novruz Məmmədov, "Xəzər Lənkəran"dan Vüqar Bəybalayev və Tural Qürbətov, "Zirə"dən Nicat Qurbanov və "Ağsu"dan Davud Kərimi bundan sonra "Sarı-göylər"də çıxış edəcək.
Baş məşqçi Şahin Diniyevin təqdimatına əsasən, 11 oyunçu ilə müqavilə müddəti artırılıb. Qapıçılar Tadas Simaitis və Eyyub Əliyev, müdafiəçilər Tural Axundov, Tural Nərimanov və Azad Kərimov, yarımmüdafiəçilər Şəhriyar Rəhimov, Orxan Əliyev, Ceyhun Cavadov və Kərim Diniyev, hücumçular Tural Rzayev və Julien Ebahla anlaşmalar yenilənib.
Onların hamısı ilə 1 illik sövdələşmə əldə olunub. Bu futbolçulardan əlavə, hələ ötən mövsümün gedişində Dario Frederiko ilə müqavilə yenilənib.
Əvəzində klub 6 futbolçu ilə yollarını ayırıb. Onlar Namiq Ələsgərov, Tərlan Quliyev (hər ikisinin icarə müddəti bitib), Elvin Cəbrayıllı, Xəzər Qəribov, Bəxtiyar Soltanov və Junior Osvaldodur. Bu futbolçuların "Kəpəz"lə olan müqavilə müddəti başa çatıb.
Qeyd edək ki, "Kəpəz" Premyer Liqada 2015/16 mövsümünü 56 xalla 5-ci pillədə başa vurub və Avropa Liqasında iştirak hüququ qazanıb.
-
Sağlamlıq03:18
Viaqra effekti verən qidalar – SİYAHI
-
Sosial02:00
Sevgi, yoxsa pul? - Bakıda maraqlı SORĞU - VİDEO
-
Qoroskop00:30
Günün ulduz falı: sizə mane olmağa çalışan adam qarşınıza çıxarsa...
-
Magazin200:15
Yıldız Tilbe polis maşınını vurdu
-
Nəqliyyat3 May 23:28
Bu yolda sürət həddi endirildi
-
Magazin13 May 23:15
Erməni baş prokurordan Kamil Zeynallı ilə bağlı AÇIQLAMA
-
Sosial3 May 22:14
Tarif Şurasından QƏRAR: Bu tarixdən qüvvəyə minəcək
-
Magazin23 May 21:30
Gənc aktyor evində ölü tapıldı