Olimpiya Oyunlarına iki ay qalmış PROBLEM: Rioda maliyyə böhranı
Bizi izləyin

İdman

Olimpiya Oyunlarına iki ay qalmış PROBLEM: Rioda maliyyə böhranı

Braziliyanın Rio ştatı Cənubi Amerikada keçirilən ilk Yay Olimpiya Oyunlarından iki ay əvvəl maliyyə böhranı yaşadığını bəyan edib.

Böhranın bəyan olunması Rio-de Janeyroda avqustun 5-21-də və sentyabrın 7-18-də keçiriləcək Olimpiada və Paralimpiya Oyunları üçün fövqəladə fondların buraxılmasına yol açır. Olimpiya layihələrinin bir çoxu tam olaraq ştat hökumətlərinın öhdəsindədir.

Rionun müvəqqəti qubernatoru Fransisko Dornelles açıqladığı bəyanatda bildirib ki, oyunlar mühüm ictimai xidmətlərin çatdırılmasında ciddi çətinliklərlə üzləşir. O, buraya ictimai təhlükəsizlik, təhsil,nəqliyyat və ekoloji idarəçiliyi daxil edib.

Vəziyyətin nə üçün bu duruma gəlib çıxdığı soruşulan zaman isə Dornelles deyib ki, keçmişdə baş verən tarixdir: "Mən tarixlə maraqlanmıram. Mənim işim hazırki problemləri həll etməyə çalışmaqdır".

Qlobal neft qiymətlərinin drammatik enişi Braziliyada iqtisadi tənəzzülə yol açmaqla yanaşı, Olimpiadanın keçiriləcəyi Rio ştatında isə maliyyə böhranına səbəb olub. Ölkədə ictimai xidmət işçiləri və təqaüdçülər aylardır ödənişlərini ala bilmirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm