Olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku Bakıda
Bizi izləyin

İdman

Olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku Bakıda

Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına əsasən 20-29 iyun 2016-ci il tarixlərində Bakı şəhərində 15 olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışı (ISSF WORLD CUP 2016 ) keçiriləcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iyunun 21-də Baki Atıcılıq Mərkəzində saat 14.00-da turnirin rəsmi açılış mərasimi keçiriləcək.

Yarış Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və “Qəbələ” Atıcılıq Klubunun dəstəyi ilə Baki Atıcılıq Mərkəzində baş tutacaq.

Dünya reytinq cədvəlində xüsusi yer tutan olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışında 80 ölkədən 1013 idmançı, eləcə də rəsmi qonaq və idman nümayəndəsi iştirak edir.

Qeyd edək ki, bu yarışlar 5-21 avqustda Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunları ərəfəsində son mərhələdir. 16-23 sentyabr ərzində isə “Qəbələ” atıcılıq klubunda ənənəyə əməl olaraq olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışlarının final mərhələsi keçiriləcək.

Qeyd edək ki, bu yarışlar 2016-ci il ərzində Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında ən mühüm yarışlardan biri hesab olunur.

20-29 iyun tarixlərində yarışlar Beynəlxalq İdman Atıcılıq Federasiyasının rəsmi televiziya kanalı «ISSF TV» vasitəsilə dünyanin bir çox olkələrində canlı yayımlanacaq.

Yarışın rəsmi sponsorları: Azərbaycan Atıcılıq Federasiyası, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyini, “Qəbələ” Atıcılıq Klubu, “Gilan Construction & Development”, “Qafqaznet”, “Milla”, “Fiji water”, “Aztexnika”, “Qatar Airways”, “Beretta”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm