Prezident Messiyə zəng etdi: “Təcili komandaya qayıt!”
Bizi izləyin

İdman

Prezident Messiyə zəng etdi: “Təcili komandaya qayıt!”

Argentina prezidenti Maurisio Makri​ulduz futbolçu Lionel Messiyə telefonla zəng edərək, onun milli komandaya qayıtmasını xahiş edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Argentina prezidenti “Copa America” çempionatının finalında Çili ilə oyunda komandanın uduzmasına görə Messiyə təsəlli də verib.

Maurisio Makri Messiyə müraciət edərək, tezliklə Argentina milli komandasına qayıtmağı xahiş edib.

Qocaman argentinalı futbolçu Dieqo Maradona da Messini komandaya qayıtmağa çağırıb:

“Futbolda hər zaman qazanmaq mümkün olmur. Uduzmağa görə ruhdan düşmək lazım deyil. Messi, sən komandanı tək qoya bilmərsən. Tezliklə komandaya qayıtmağın lazımdır. Tanrının köməyi ilə biz bir yerdə 2018-ci il dünya çempionatının kubokunu qazanmaq üçün Rusiyaya gedəcəyik. Ona görə də təcili komandaya qayıt”.

Xatırladaq ki, “Copa America” çempionatının finalında Argentina milli komandası Çili ilə matçda uduzub. Bu oyundan sonra Lionel Messi komandadan ayrıldığını açıqlayıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm