İdman
Mərdəkan erməniləşdirildi - SOS
UEFA Avropa Liqasında mübarizə aparan “Kəpəz” klubu bu gün ilk oyununu keçirəcək.
Publika.az xəbər verir ki, “Dalğa Arena”da, saat 20.00-da başlayacaq “Daçiya” ilə oyunu Qazaxıstanı təmsil edən hakimlər briqadası idarə edəcək. Baş hakim Aleksander Gauzerdir.
Oyun ərəfəsində müəyyən gərginlik var. Dünən “Dalğa Arena”da ilk məşqinə çıxan Moldova klubunun rəsmi saytında oyunun keçiriləcəyi "Dalğa Arena"nın yerləşdiyi Mərdəkan qəsəbəsi erməni əsilli məkan kimi təqdim edilib. Saytda qeyd olunur ki, arena Bakıdan 34 kilometr uzaqlıqda erməni adına oxşayan Makrudyan qəsəbəsində yerləşir. Ancaq bu yaşayış sahəsində ermənilərdən heç bir iz yoxdur. Qəsəbədə əsasən Qafqaz farslarının soyundan olan tatlar məskunlaşıb.
Həmçinin, “Kəpəz”in adı saytda yerləşdirilən afişada “FK Gəncə” olaraq göstərilib.
"Kəpəz" klubu "Daçiya"nın rəsmi saytında yer alan məlumatlarla bağlı etirazını bildirib və qarşı tərəfə məktub göndərib.
-
Dünya12:43İngiltərədən əhaliyə təcili xəbərdarlıq: 3 günlük ərzaq və su ehtiyatı yığın
-
Region12:17İrəvanda əcnəbiləri daşıyan avtobus aşdı - Xeyli xəsarət alan var
-
Sosial11:36Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanıldı - FOTO
-
Rəsmi xronika11:12İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
-
ABŞ10:18Mərhum senatorla bağlı şok iddia: 17 yaşlı 3 yeniyetmə ilə...
-
Nida Xəbər 09:57Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edildi - Şok mənimsəmə
-
İqtisadi gündəm09:13Rubl yenidən bahalaşdı - MƏZƏNNƏ
-
Enerji08:24"Brent" markalı neftin qiyməti 114 dolları keçdi











.png)












.jpg)














