Messi və Ronaldonu da keçən oldu - SİYAHI
Bizi izləyin

İdman

Messi və Ronaldonu da keçən oldu - SİYAHI

Avropada illik qazancı ən çox olan 10 futbolçunun adı açıqlanıb.

Publika.az xəbər verir ki, “Barselona”nın braziliyalı ulduzu Neymar komanda yoldaşı Lionel Messi və "Real"ın ulduzu Kriştiano Ronaldonu geridə qoyaraq birinci olub.

"Barselona"nın prezidenti Xosep Mariya Bartomeunun bu yaxınlarda verdiyi açıqlamada katalonların Neymarla yeni müqavilə imzalamağa hazırlaşdığı qeyd olunub. Klub rəhbərinin sözlərinə görə, tərəflər arasında 5 illik sözləşmə imzalanacaq.

Qarşıdakı günlərdə "Barsa" əzəli rəqibi "Real"ın israrla transfer etməyə çalışdığı Neymarla müqaviləni rəsmiləşdirəcək. Neymarın Kataloniya klubu ilə 2018-ci ilə qədər müqaviləsi var.

Neymar yeni müqavilənin şərtlərinə görə, daha çox qazanacaq. İndiyədək həftədə 250 min funt sterlinq alan futbolçu bundan sonra həftədə 500 min funt qazanacaq.

1. Neymar (Barselona) - 56 milyon avro

2. Lionel Messi (Barselona) - 50 milyon avro

3. Kriştiano Ronaldo (Real) - 47,5 milyon avro

4. Zlatan İbrahimoviç (Mançester Yunayted) - 26,7 milyon avro

5. Qaret Beyl (Real) - 21,4 milyon avro

6. Ueyn Runi (Mançester Yunayted) - 16,9 milyon avro

7. Luis Suares (Barselona) - 16 milyon avro

8. Andres İnyesta (Barselona) - 16 milyon avro

9. Eden Hazard (Çelsi) - 16 milyon avro

10. Serxio Aquero (Mançester Siti) - 15,1 milyon avro

Oxumağa davam et
Reklam
Reklam

Gündəm