SOCAR bombardirləri Avropa çempionatının finalına göndərir
Bizi izləyin

İdman

SOCAR bombardirləri Avropa çempionatının finalına göndərir

AFFA və Azərbaycanın futbol üzrə yığma komandasının rəsmi sponsoru SOCAR, marketinq strategiyasının davamı olaraq, 2016-cı il futbol üzrə Avropa Çempionatının rəsmi tərəfdaşlığını həyata keçirir.

Publika.az xəbər verir ki, SOCAR UEFA ilə tərəfdaşlığından bəhrələnərək, artıq ən mühüm korporativ məqsədlərinə nail ola bilib: Şirkət xarici ölkələrdə olan YDM-də satışlarını 30%-a qədər artırıb, Avropa bazarında öz məhsullarının davamlı satışını təmin etmək üçün SOCAR Avropanın ən böyük futbol yarışı vasitəsilə brendin tanıdılması vəzifəsini yerinə yetirməkdədir.

Gəlirlərin davamlı artırılması ilə yanaşı, SOCAR futbol bayramının sevincini ilk növbədə Azərbaycandakı futbolsevərlərin üzünə açıb, Bakı Olimpiya Stadionunda azarkeşlər zonasının yaradılması, SOCAR Barometer onlayn statistik məlumatlandırma sisteminin tətbiqi və Avropa Çempionatına biletlərin azarkeşlərə hədiyyə edilməsi kimi bir sıra ictimai layihələri həyata keçirən SOCAR Azərbaycanın gənc futbolçularını daha yüksək nailiyyətlərə təşviq etmək məqsədilə ölkəmizin müxtəlif bölgələrindən 9-13 yaşlarında olan uşaq futbol liqalarının bombardirlərinə Fransaya Avropa Çempionatının finalına səyahət hədiyyə etmişdir. Öz liqalarının istedadlı futbolçuları olan Bəhlul Mehdiyev, Jalə İldırımova, Əfqan Nuriyev, Ümid Səmədov, Sadiq Şəfiyev və Selcan Hüseynli iyulun 10-da final oyununu Parisin “Sen-Deni” stadionunda izləyəcəklər. AFFA-nın dəstəyi ilə həyata keçirilən bu layihə çərçivəsində iştirak edən hər bir uşağın həyatı və nailiyyətləri haqqında qısa filmlər çəkilib və ictimaiyyətə təqdim olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm