Olimpiadanın açılış mərasimində kim oxuyacaq? - FOTO
Bizi izləyin

İdman

Olimpiadanın açılış mərasimində kim oxuyacaq? - FOTO

Braziliyanın tanınmış müğənni və bəstəkarı, dəfələrlə “Qremmi” mükafatının qalibi Kaetano Velozu Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarının açılışında çıxış edəcək.

Publika.az xəbər verir ki, açılış mərasimində Velozu ilə birlikdə 2003-2008-ci illərdə Braziliyanın Mədəniyyət naziri olan musiqiçi Jilberto Jil və müğənni Anitta da iştirak edəcək. Onların eyni səhnəni paylaşacağı gözlənilir. Ancaq açılış mərasiminin digər detalları haqda açıqlama verilmir. Təşkilatçılar həmçinin Rio Oyunlarında məşəlçinin də adını sirr saxlayır. Bircə o məlumdur ki, “Marakana”da təşkil olunacaq açılış mərasiminin ilk hissəsində tamaşaçılara Braziliya mədəniyyətini tərənnüm edən müxtəlif çıxışlar və rəqslər təqdim olunacaq.

Daha sonra Olimpiadada yarışacaq idmançıların ənənəvi paradı olacaq. Paraddan sonra Rio-2016-nın Təşkilat Komitəsinin prezidenti Karlos Artur Nuzman və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Tomas Bax stadiona təşrif buyuracaq. Onların müşayiəti ilə Braziliyanın Prezident səlahiyyətlərini icra edən Mişel Temer Oyunları açıq elan edəcək və məşəl alovlandırılacaq.

“Folha de Sao Paulo” nəşrinin yazdığına görə, açılış mərasimi 3 saat çəkəcək. Mərasim yerli vaxtla 20:00-da (Bakı vaxtı ilə 04:00-da) başlayacaq.

XXXI Yay Olimpiya Oyunları avqustun 5-də start götürəcək və avqustun 21-nə qədər davam edəcək.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm