Azərbaycanlı futbolçunu öldürən erməniyə hökm oxundu
Bizi izləyin

İdman

Azərbaycanlı futbolçunu öldürən erməniyə hökm oxundu

Rusiyanın Yekaterinburq şəhər Məhkəməsi azərbaycanlı sabiq futbolçu Emil Hüseynovu qətlə yetirən qarışıq döyüş (MMA) üzrə idman ustalığına namizəd Tiqran Çiçakyana hökm oxuyub.

Publika.az xəbər verir ki, erməni idmançı 9 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Emil Hüseynov Rusiyanın Yekaterinburq şəhərində aprelin 19-da ermənilərlə dava zamanı bıçaqlanıb. Hüseynov futbolçu karyerası ərzində "Neftçi", fəaliyyətini dayandırmış "Karvan" və "Abşeron" komandalarının formasını geyinib. O, dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edib. "Abşeron"un da 2011-ci ildə dağılmasından sonra həmyerlimiz futbolla vidalaşaraq, Rusiyaya işləməyə yollanıb və bazarda alverlə məşğul olub. O, 28 yaşında ikən dünyasını dəyişib. (Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm