Futbolçudan möhtəşəm avtoqol - VİDEO
Bizi izləyin

İdman

Futbolçudan möhtəşəm avtoqol - VİDEO

Polşanın "Zaqlembe" klubunun futbolçusu Jarko Udoviçiç "Stal Melets" komandası ilə yoldaşlıq görüşündə öz qapısına gözəl qol vurub.

Publika.az xəbər verir ki, heyrətamiz avtoqol 62-ci dəqiqədə hesab 1:1 olarkən, qeydə alınıb.

29 yaşlı müdafiəçi topu sol cinahda qəbul etdikdən sonra rəqib müdafiəçini aldadıb və öz qapıçısı tərəfə vurub. Top uzaq dirəyə dəyərək, tora daxil olub. Görüş "Zaqlembe"nin məğlubiyyəti ilə yekunlaşıb.

Udoviçiçi son illərin ən bəxtsiz oyunçularından adlandırmaq olar. 2015-ci ildə o, "Novi Pazar"da ikən vacib görüşün son dəqiqələrində penaltini Panenka üslubunda yerinə yetirmək istədikdə bunu bacarmayıb. Oyundan sonra fanatlardan ibarət qrup paltardəyişmə otağına girib. Onlardan biri tapançasını futbolçunun başına dirəyib. Hədələr sonra da davam edib və nəticədə Udoviçiç Serbiyanı tərk edərək, Polşaya yollanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm