Ərdoğanın müşaviri: “Türkiyədə bütün idman yarışları...”
Bizi izləyin

İdman

Ərdoğanın müşaviri: “Türkiyədə bütün idman yarışları...”

“Türkiyədə elan olunan fövqəladə vəziyyət müddətində bütün idman yarışları davam etdiriləcək”.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Hidayət Türkoğlu açıqlama verib. O, “Tvitter” hesabında beynəlxalq və ölkədaxili idman yarışlarının qaldığı yerdən davam edəcəyini yazıb:

“Millətimizi düşmənlərdən təmizləmək, sağlam demokratiya üçün bu addım bütün xalqımıza xeyirli olsun. Ayrıca bu hadisələrdə bütün şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Fövqəladə vəziyyət dövründə Beynəlxalq və ölkədaxili bütün idman yarışları davam edəcək. Xalqımız narahat olmasın”.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm